Çərçivəsiz “Huawei Honor 7C” smartfonu təqdim edilib
Gözlənildiyi kimi, “Huawei” şirkəti “Honor 7C” smartfonunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
ferra.ru” saytına istinadən yazır ki, “Huawei Honor 7C” smartfonu təsvir ölçüsü HD+ (720x1440 piksel) və tərəflər nisbəti 18:9 təşkil edən 5,99 düymlük ekran, barmaq izləri skaneri, 13+2 meqapiksellik əsas kamera, 8 meqapiksellik ön kamera, “Qualcomm Snapdragon 450” adlı 1,8 QHs takt tezlikli səkkiznüvəli prosessor, 3 və ya 4 QB əməli yaddaş, 32 və ya 64 QB-lıq fləş yaddaş (“microSD” formatlı kartın köməyi ilə yaddaşı 256 QB-dək artırmaq mümkündür). Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir.
İki SİM kart və “microSD” üçün ayrı slotlar nəzərdə tutulmuşdur. “4G VoLTE”, “Wi-Fi (802.11 b/g/n)”, “Bluetooth 4.2”, “GPS+QLONASS”, “FM” radio dəstəklənir. Aparatın ölçüsü 158,3x76,7x7,8 mm, çəkisi isə 164 qram təşkil edir. Smartfon “Android 8.0 Oreo” sistemi və “EMUI 8.0” interfeysinin idarəetməsi altında işləyir.
“Huawei Honor 7C” smartfonu 2018-ci il martın 13-dən əlçatan olacaq. 3+32 QB-lıq versiyanın qiyməti 142 ABŞ dolları, 4+64 QB-lıq versiyanın qiyməti isə 205 dollar təşkil edəcək.
Emil Hüseynov