Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti “Apple” ilə əməkdaşlıq münasibətlərini korlamağı planlaşdırmır


“Samsung” şirkəti “Apple” korporasiyası ilə aralarındakı amansız patent mübahisəsinə baxmayaraq, yenə də komponentləri tədarük etməyə davam edəcək.

“Samsung” şirkətinin əsas əməliyyat direktoru Li Ca Yonq qeyd edib ki, “Samsung” şirkəti hələ "alma" şirkəti ilə əməkdaşlıqdan imtina etməyi planlaşdırmır.

“Apple” korporasiyası gələn il də “Samsung” zavodlarında istehsal edilmiş komponentləri alacaq. Bundan əlavə, artıq 2013-2014-cü illərdəki tədarük haqqında danışıqlar aparılır.

Məhz “Samsung” şirkəti ikinci nəsil “iPad” planşeti və yeni “iPhone 4S” smartfonunda tətbiq edilən 1 QHz takt tezliyinə malik 2 hesablama nüvəli “A5” prosessorlarını istehsal edir.




20/10/11    Çap et