Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qolf “ağıllı” eynəyi üçün patent hüququ alınıb


ABŞ-ın “Nike” idman malları istehsalçısı qolf həvəskarları üçün ötürücülər və proyeksiya sistemi ilə təchiz edilən xüsusi eynəyi patentləşdirib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, qurğu linzasına mikroproyektor və kameralar vasitəsilə informasiyanın daxil edildiyi eynəkdən ibarətdir. Məsələn, qolfçu topun trayektoriyası və olduğu yeri, küləyin gücü və istiqaməti, oyuğa qədər olan məsafə və s. barədə məlumat əldə edə biləcək. Bundan başqa, eynəyə oyun hesabı və rəqiblər haqqında informasiya daxil etmək mümkündür.

Məlumata görə, aksessuar baş verənləri qeydə alan və fotoçəkilişlər edən kameraya malikdir. Martın 8-də alınan patent hüququnun nə vaxt real məhsula çevriləcəyi naməlumdur.

Qeyd edək ki, “Nike” şirkəti son vaxtlar digər idman növlərinə daha çox maraq göstərərək qolfa az diqqət yetirir.

Nizam Nuriyev






15/03/18    Çap et