Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” virtual reallıq texnologiyasını yeni səviyyəyə qaldıracaq


İnternet nəhəngi tərəfindən təqdim ediləcək yüksək sıxlıqlı ekran virtual reallıq texnologiyasını daha həqiqi edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Google” şirkəti mayda keçiriləcək “Display Week 2018” sərgisində yeni nəsil virtual reallıq eynəyi üçün yüksək sıxlıqlı ekran təqdim edəcək. Bu haqda sərginin rəsmi elanında bildirilir.

Məlumata görə, “Google” şirkəti 18 meqapiksellik təsvir ölçüsünə, 4,3 düymlük diaqonala, 1443 ppi piksel sıxlığına və 120 hers tezliyinə malik OLED ekran təqdim edəcək. 1 düym üçün piksellərin sayının artırılması virtual reallığı daha da həqiqi etməlidir.

Şirkət sərgiyə böyük ümid bəsləyir. “Google” virtual reallıq üçün aparat təminatını yeni səviyyəyə qaldırmağa ümid edir. Xatırladaq ki, “Display Week” sərgisi 2018-ci il 22-24 may tarixlərində Los-Ancelesdə keçiriləcək.

Emil Hüseynov






15/03/18    Çap et