Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sloveniyada dünyada ilk dəfə blokçeyn texnologiyasına abidə qoyulub


Sloveniyanın Kran şəhərində dünyada ilk dəfə blokçeyn texnologiyasına abidə qoyulub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, metal konstruksiyadan bitkoin loqotipi formasında hazırlanmış abidənin çəkisi 3 tondur.

Bu abidənin Kran şəhərində qoyulması təsadüfi deyil. Şəhərin meri Boştyan Trilyarın sözlərinə görə, yerli sakinlər kriptovalyutadan aktiv istifadə edirlər. Həmçinin şəhərdə blokçeynlə sıx bağlı olan yüksəktexnologiyalı biznes sahəsində fəaliyyət göstərən bir neçə şirkət var.
 
Emil Hüseynov






16/03/18    Çap et