Optik şəbəkələr üçün “Huawei 400G” kommersiya həlli təqdim olunub
“Huawei” şirkəti optik şəbəkələr üçün yüksək buraxılış qabiliyyətinə malik yeni “400G” həllini nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Servernews” resursuna istinadən yazır ki, məlumata görə, texnologiya sahə üzrə ən yüksək məlumat ötürmə sürətini nümayiş etdirir. Həll buraxılış zolağının tənzimlənən enini bir tezlik üçün 100-400 Qbit/saniyə sazlama sürəti ilə dəstəkləyir. “Rabitə operatorları mövcud infrastruktur əsasında bütün istifadə ssenarilərinə uyğun geniş spektrli adaptiv konfiqurasiyaya malik “400G” şəbəkələrini quraşdırmaq imkanı əldə edəcəklər”, - şirkətin məlumatında qeyd olunur.
Bildirilir ki, bir dalğa uzunluğunda məlumatların 400 Qbit/saniyə sürətində ötürülməsi nəzəri baxımdan son həddə çatıb. Nəticədə adi yüksəksürətli “400G” həllərini kommersiya baxımından yalnız məhdud ssenari diapazonlarında tətbiq etmək olar. Lakin “Huawei” şirkətinin “400G” həlli faktiki kommersiya ssenariləri üçün nəzərdə tutulub: həll seqmentləşdirmə, məhdudlaşdırma və sıxılma daxil olmaqla yüksəksürətli məlumatötürmə siqnallarını optimallaşdırır və nəzəri hədlər və kommersiya istifadəsi arasında balansı aşkarlayır.
Bundan əlavə, yeni həll kabel tutumunu 40 faiz artırır və eyni sayda enerji sərfiyyatını azaltmaqla şəbəkənin məhsuldarlığını xeyli yaxşılaşdırır və texniki xidmət və istismar üçün xərclərə qənaət edir.
Həldən istifadə üzrə ssenarilər sırasında internet şəbəkələri, şəhər şəbəkələri və məlumat emalı mərkəzlərinə qoşulma, magistral şəbəkələr və bir sıra mürəkkəb şəbəkələr sadalanır.
Nizam Nuriyev