Kompüter texnologiyası Con Kennedinin səsini bərpa edib
Böyük Britaniya alimləri müasir kompüter texnologiyası vasitəsilə keçmiş ABŞ prezidenti Con Kennedinin səsini “canlandırmağa” nail olublar. Texnologiya ABŞ-ın 35-ci prezidentinin “səsinin surəti”nə istənilən yazılı mətni tələffüz etməyə imkan verir. Bu barədə Britaniyanın “Sky News” telekanalının məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
TASS” resursuna istinadən yazır ki, Edinburqun “SereProc” şirkətinin tədqiqatçıları tərəfindən xüsusi proqramın köməyi ilə keçmiş prezidentin teleradio efirində 800-dən çox çıxışının səs yazıları emal olunub. Bu, onlara 0,4 saniyəlik 116 mindən çox fonemi (səs yazısı parçaları) seçməyə imkan verib.
“Tərəfimizdən səslərlə yanaşı, C.Kennedinin nitqi üçün xarakterik olan müxtəlif növ intonasiyaların təhlili aparılıb. Bundan başqa, keçmiş prezidentin sözlərin əhəmiyyətindən və cümlədəki yerindən asılı olaraq onları seçməsi nəzərə alınıb”, - telekanala şirkətin baş mühəndisi Kriz Pidkok bildirib. Mütəxəssislərin sözlərinə görə, nəticədə C.Kennedinin orijinaldan fərqlənməyən səsinin səsləndirilməsini bərpa etmək mümkün olub.
Bildirilir ki, bu nəticəyə təxminən 2 ay ərzində müvəffəq olan tədqiqatçılar əldə olunan texnologiya vasitəsilə ABŞ prezidentinin 22 noyabr 1963-cü ildə Dallas Ticarət Mərkəzində söyləyəcəyi nitqini bərpa ediblər. Həmin gün C.Kennedi sui-qəsd nəticəsində öldürülsə də, onun nitqinin mətni indiyədək saxlanılıb.
Nizam Nuriyev