Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet təhdidləri sahəsində əsas trendlər bəlli olub


“DDoS” hücumlarına qarşı mübarizə və internet resurslarının əlçatanlığının təmini üzrə ixtisaslaşmış “Qrator Labs” şirkətinin yeni araşdırması veb-resursların əlçatanlığı və təhlükəsizliyi sahəsində əsas tendensiya və problemləri təsvir edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin sözlərinə görə, 2017-ci il şəbəkə və marşrutlaşdırma ili olub.
 
"2016 və 2017-ci illər arasında əsas fərq ondadır ki, hakerləri artıq müxtəlif qurğulara müdaxilə deyil, “bulud” və “əşyalar interneti”nə yönəlmiş hücumlar maraqlandırır” – “Qrator Labs” şirkətinin baş direktoru və qurucusu Aleksandr Lyamin deyib. - "Əşyalar interneti" hakerlərə minlərlə tamamilə işlək qurğuya eyni zamanda müdaxilə imkanı verir və çox vaxt belə hücumlar nəzərə çarpmır. Biz 2018-ci ildə “bulud” və platformalara qarşı belə hücumların tezliyinin artacağını düşünürük".
 
“Qrator Labs” şirkəti çoxlu sayda müdaxilə halları qeydə alıb və şirkətin nümayəndəsi bildirib ki, 2017-ci ildə müxtəlif növ avadanlığın müxtəlif növ kiberhücumlar qarşısında həssaslığı məlum olub. Gələcəkdə köhnə proqram təminatı və avadanlıqla bağlı daha çox insident gözlənilir.
 
Emil Hüseynov





27/03/18    Çap et