Süni intellekt real vaxt rejimində cinayət hallarını qeydə alacaq
ABŞ-ın “Faceter” startapı blokçeyn texnologiyasına əsaslanan eyniadlı “ağıllı” videomüşahidə sistemi təqdim edib. Süni intellekt real vaxt rejimində cinayət hallarını müstəqil aşkarlaya bilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
Life” resursuna istinadən yazır ki, layihəyə görə, sistem videomüşahidə kameralarına qoşulur və cinayətkarlar haqqında məlumat bazasından istifadə edir. Məlumat bazası mövcud olmadığı təqdirdə süni intellekt müstəqil şəkildə onu yaradaraq əlavələr edir. “Faceter” neyron şəbəkələrinin ixtiyarında olan kameralar sayəsində onlayn rejimdə bütün kameraları izləmək mümkün olacaq. Virtual polis ictimai asayişin pozulması və cinayət faktı aşkar etdikdə bu barədə hüquq-mühafizə orqanlarına məlumat verəcək.
Məlumata görə, blokçeyn texnologiyasına əsaslanan “ağıllı” videomüşahidə sisteminin fəaliyyəti üçün mayner avadanlıqları təqdim edən kompüterlər tələb olunur. Öz növbəsində maynerlərin əməkhaqqısı “Ethereum” virtual valyutası ilə ödəniləcək.
Bildirilir ki, hazırda “ICO” mərhələsində olan startap layihənin və “Face” valyutasının işə salınması üçün vəsait toplamaqla məşğuldur. Virtual polis yaradıcılarının sözlərinə görə, Cənubi Afrikada sınaqdan keçirilən sistem işdə yüksək dəqiqlik (təxminən 99,78 faiz) nümayiş etdirib. Gələcəkdə “Faceter” sisteminin həm dövlət, həm də özəl təşkilatlar üçün abunə ilə yayılması nəzərdə tutulur.
Nizam Nuriyev