Bu qabaqcıl smartfonun avtonom işləmə müddəti ürəkaçan deyil
Mütəxəssislər qabaqcıl smartfonların avtonom işləmə müddətini sınaqdan keçiriblər. Göstəricilər ürək açan deyil.
“ICTnews” Elektron Xəbər Xidməti
life.ru saytına istinadən yazır ki, “Exynos 9810” prosessoru ilə təchiz edilmiş “Samsung Galaxy S9” smartfonunda akkumulyatorun avtonom iş vaxtı üzrə son iki ilin qabaqcıl smartfonları arasında ən pis göstərici qeydə alınıb. Bu haqda “PhoneArena” nəşrinin nümayəndələri məlumat veriblər.
Sözügedən smartfonun avtonom işləmə müddəti 7 saat 23 dəqiqə təşkil edib. “Huawei Mate 10 Pro” smartfonu isə ən yaxşı nəticə göstərib: bu aparatda avtonom işləmə müddəti 12 saat 5 dəqiqəyə bərabərdir.
Emil Hüseynov