Üçölçülü printerdə ilk avtomobil çap olunub
Almaniyanın “Siemens” konserninin mütəxəssisləri Kaliforniyanın “Hacrod” şirkətinin ekspertləri ilə birlikdə üçölçülü printerdə ilk avtomobil çap ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “
Hi-News” resursuna istinadən yazır ki, “La Bandita” adlanan avtomobil axarlı kuzov formasına malikdir. Avtomobilin layihələndirilməsi zamanı ən müasir texnologiyalardan istifadə olunub: mühəndislər kuzovu virtual reallıqda layihələndirib, bütün hesablamalar və ilkin sınaqlar isə süni intellekt tərəfindən aparılıb.
Layihə müəlliflərinin sözlərinə görə, metal və alümindən hazırlanan avtomobil hamının arzuladığı avtomobili müstəqil hazırlayacağı gələcəyə doğru atılan ilk addımdır.
“La Bandita” idman avtomobili bir nümunədə buraxılsa da, layihə müəllifləri qeyd edib ki, “3D” çapı istehsal xətlərində standart yığımla müqayisədə bir sıra üstünlüklərə malikdir. Məsələn, avtomobil detallarına və müxtəlif korpus elementlərinə asanlıqla düzəlişlər etmək mümkündür. Bunun üçün yalnız kompüter modelinə düzəlişlər edərək çapa vermək tələb olunur.
“Hackrod” və “Siemens” şirkətləri gələcəkdə sifarişçilərin istək və tələblərinə uyğun müxtəlif avtomobillərin istehsalını planlaşdırırlar.
Nizam Nuriyev