45 smartfon modelində istehsal mərhələsində onlara qurulmuş virus aşkar edilib
"Doktor Veb" antivirus proqram təminatı üzərində işləyən şirkətin baş direktoru Boris Şarov məlumat verib ki, ekspertlər 45 smartfon modelində istehsal mərhələsində onlara qurulmuş virus aşkar ediblər.
"İstifadəçilər "Doktor Veb" antivirus həllinin onların telefonunda zərərli proqram təminatı aşkar etməsi ilə bağlı bizi məlumatlandırıblar. Aparılmış təhlildən sonra biz başa düşdük ki, viruslar sistem sahəsində yerləşir və ora kənardan heç bir virus düşə bilməz. Məlum oldu ki, viruslar yalnız istehsal mərhələsində həmin sahəyə yerləşdirilib" – o deyib.
"ICTnews" Elektron Xəbər Xidməti "
hi-tech.mail.ru" saytına istinadən yazır ki, "Doktor Veb" şirkətinin baş direktorunun sözlərinə görə, zərərli proqram təminatı "Android" mobil əməliyyat sistemi ilə işləyən telefon modellərində aşkar edilib. "Bu siyahıya "Leagoo Zopo Speed 7 Plus", "UHANS A101", "Doogee", "Umi London", "Tesla SP6.2", "Haier T51", "Cherry Mobile Flare" modelləri və digərləri daxildir" – Şarov dəqiqləşdirib.
Bizim tərəfimizdən aşkar edilmiş proqram təminatı istənilən vaxt bank, casus və istənilən zərərli proqramı telefona quraşdıra bilərdi" – "Doktor Veb" şirkətinin baş direktoru deyib.
Emil Hüseynov