Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən böyük günəş elektrik stansiyasının tikintisinə başlanılıb


Dünyada ən böyük günəş elektrik stansiyasının dəyəri təxminən 200 milyard dollar təşkil edəcək. Səudiyyə Ərəbistanı Yaponiyanın “SoftBank” texnologiya nəhəngi ilə birgə elektrik stansiyasının tikintisi ilə məşğul olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, gözləntilərə görə, 2030-cu ilədək layihənin gücü 200 qiqavata yaxınlaşacaq ki, bu da istənilən analoqdan 100 dəfə böyük göstəricidir. İndi Çində yerləşən Tenqer səhrasında qurulmuş günəş elektrik stansiyası dünyada ən böyük günəş ferması hesab edilir və 1500 mvt gücündə enerji hasil edir.
 
Günəş enerjisinə belə böyük məbləğdə investisiya Səudiyyə Ərəbistanının neftdən asılılığını azaldacaq. İndi Səudiyyə Ərəbistanı təxminən 77 QVt gücündə elektrik enerjisi sərf edir və 200 QVt-lıq layihə elektrik enerjisinin yalnız ölkə daxilində istifadəsinə deyil, həm də digər ölkələrə ixracına imkan verəcək.
 
Emil Hüseynov






30/03/18    Çap et