İndi “iPhone” smartfonunun sürətinin azaldılmasını deaktiv etmək mümkündür
“Apple” korporasiyası çoxsaylı şikayətlərə reaksiya verib. İndi istifadəçilər “iPhone” smartfonunun məhsuldarlığına nəzarət edə biləcəklər.
“ICTnews” Elektron Xəbər Xidməti “
life.ru” saytına istinadən yazır ki, “Apple” tərəfindən təqdim edilmiş “iOS 11.3” yeniləməsinin özəlliklərindən biri indi smartfonda prosessorun sürətinin planlı şəkildə azaldılmasının deaktiv edilməsinin mümkünlüyüdür. Bu haqda yeniləmənin təsvirində məlumat verilib.
Əməliyyat sistemində "akkumulyator vəziyyəti" adlı funksiyanın beta-versiyası istifadəçilərin ixtiyarına verilib. İstifadəçilər bu funksiyanın köməyilə smartfonun sürətinin azaldılmasını izləyə biləcəklər – proqram qurğunun akkumulyatorunun maksimum tutumunu və ən yüksək məhsuldarlığını əks etdirəcək. Bundan başqa, sözügedən funksiya aparat sahibinin istəyi ilə qurğunun sürətinin azaldılmasını deaktiv etməyə imkan verəcək.
Emil Hüseynov