Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu antivirus həlli korporativ sektorun lideridir


“Microsoft” şirkətinin “Windows Defender” antivirus həllinə korporativ sektorda çox yüksək tələbat var.
 
“Microsoft”un saytında yerləşdirilmiş məlumata görə, “Windows Defender” antivirus həlli “Windows 10” sistemi ilə işləyən qurğuların 50%-dən çoxuna quraşdırılıb. “Windows 7” və “Windows 8” platformaları ilə işləyən avadanlıqlarda bu göstərici 18%-ə bərabərdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, "belə yüksək göstəricilər istifadəçilərin “Windows”un təhlükəsizlik həllinə inamının bariz nümunəsidir. Bundan başqa, təşkilatlar “Windows 10” sisteminə keçid vaxtı, həmçinin bizim antivirusdan istifadə etməyə üstünlük verirlər. “Windows 10” əməliyyat sistemi ilə işləyən bütün korporativ fərdi kompüterlərin 50%-dən çoxu bu antivirus həllindən istifadə edirlər" – “Microsoft” şirkətinin nümayəndəsi məlumat verib.
 
2017-ci ilin dekabrında “AV-TEST” laboratoriyası “Windows Defender”-i antivirus həllinə görə ən yüksək balla qiymətləndirib.
 
“AV-Comparatives” servisinin məlumatına əsasən, “Windows Defender” həlli 5 ay ardıcıl bütün zərərli proqram nümunələrinin qarşısını alıb.
 
Emil Hüseynov





31/03/18    Çap et