Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kriptovalyutanın mayninqi üçün smartfonun bütün resursundan istifadə edən yeni virus aşkar edilib


“Trend Micro” şirkətinin ekspertləri tərəfindən “Android” sistemi üçün aşkar edilmiş yeni virus kriptovalyutanın mayninqi üçün smartfonun bütün mümkün resurslarından istifadə edərək faktiki olaraq qurğunun işini iflic edir. Nəticədə “HiddenMiner” virusu ilə yoluxdurulmuş aparatın batareyası şişə, həddən çox qıza, hətta partlaya bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti hitech.vesti.ru saytına istinadən yazır ki, analitiklər bildiriblər ki, “Android” sisteminin “7.0”-dən aşağı versiyaları ilə işləyən smartfonlardan bu virusu silmək demək olar ki, mümkün deyil. Məlumat üçün bildirək ki, “Nougat” və yeni versiyadan istifadə edən cihazların payı “Android” sisteminin idarəetməsi altında işləyən bütün qurğuların ümumi sayının 30%-ni təşkil edir.
 
“Trend Micro” şirkətinin məlumatına görə, “HiddenMiner” virusu əsasən Hindistan və Çindən olan istifadəçilərə zərər vurur, çünki adıçəkilən ölkələrdə “Android” sisteminin köhnə versiyalarından istifadə edən qurğuların payı çox yüksəkdir. Virus sistemə “Google Play” (“com.google.android.provider”) yeniləməsi adı altında maskalanaraq kənar mağazadan müdaxilə edir.
 
Bundan sonra zərərli proqram təminatı “Monero” kriptovalyutasının (haker və kiberfırıldaqçılar arasında populyardır) mayninqinə başlayır.
 
Emil Hüseynov





31/03/18    Çap et