2 il sonra ABŞ və Avropada fəaliyyət göstərən şirkətlərin əksəriyyəti biometrik autentifikasiya üsulundan istifadə edəcəklər
2020-ci ilədək Şimali Amerika və Avropada fəaliyyət göstərən şirkətlərin 86%-i biometrik autentifikasiya üsulunu tətbiq edəcək. “Spiceworks” İT şəbəkəsinin analitikləri keçirilmiş sorğunun nəticəsinə uyğun olaraq bu haqda informasiya verib. Araşdırmanın nəticəsinə görə şirkətlərin 62%-i artıq belə autentifikasiya üsulunu tətbiq ediblər, 24%-i isə yaxın 2 ildə belə üsuldan istifadə etməyə başlayacaqlar.
“ICTnews” Elektron Xəbər Xidməti
safe.cnews.ru saytına istinadən yazır ki, sorğu iştirakçıları biometrik autentifikasiya metodunu loqin-parol, pin kodla müqayisədə daha təhlükəsiz üsul hesab edirlər.
Barmaq izlərinin skan edilməsi respondentlər arasında ən populyar biometrik autentifikasiya üsulu olub, şirkətlərin 57%-i bu üsuldan istifadə edirlər. Sifətin tanınması (14%), əlin geometriyası (5%), gözün qüzehi qişasının skaneri (3%), səsin tanınması və ovuc skaneri (2%) sonrakı yerləri bölüşdürürlər.
Rəyi soruşulanların əksəriyyəti bildirib ki, onların təşkilatı smartfonun köməyi ilə biometrik autentifikasiya üsulundan istifadə edir. Hər bir dördüncü şirkətdə istifadə edilən noutbuklarda belə sistemlər qurulub.
Emil Hüseynov