Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” şirkəti daha üç yeni smartfonunu təqdim edib


“Huawei” şirkəti “Enjoy 8 Series” sinfinə məxsus üç smartfonunu təqdim edib. Bu haqda “Gizchina” nəşri yazıb. Texniki xüsusiyyətlərindən asılı olaraq smartfonların qiymətləri 175-270 dollar aralığında dəyişəcək.
 
Yeni nəsil “Enjoy 8”, “Enjoy 8 Plus” və “Enjoy 8E” modellərindən ibarətdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Enjoy 8”, “Enjoy 8E” aparatları “Qualcomm Snapdragon 430” prosessorları, “Enjoy 8 Plus” isə “Hisilicon Kirin 659” prosessoru ilə təchiz edilib. “Android 8.0 Oreo” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən hər üç smartfonda ekranın tərəflər nisbəti 18:9-a bərabərdir və cihazlar ikiqat əsas kamera ilə təchiz edilib.
 
“Enjoy 8” aparatı iki versiyada əlçatandır: 3 QB-lıq əməli yaddaş, 32 QB-lıq daxili yaddaş və ya 4 QB-lıq əməli yaddaş, 64 QB-lıq daxili yaddaş. “Enjoy 8 Plus” smartfonu, həmçinin iki variantda əlçatan olacaq: 4 QB-lıq əməli yaddaş, 128 QB və ya 256 QB-lıq daxili yaddaş. “Enjoy 8E” smartfonu 3 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaşa malik olacaq.
 
Hər üç qurğu Çinin smartfon bazarı üçün nəzərdə tutulub. Smartfonların başqa ölkələrə tədarükü haqda məlumat yoxdur.
 
Emil Hüseynov






02/04/18    Çap et