Tokioda Kibercinayətkarlıqla Vahid Mübarizə Mərkəzi yaradılıb
Bu gündən Tokioda Kibercinayətkarlıqla Vahid Mübarizə Mərkəzi öz işinə başlayıb.
Məlumata görə, sözügedən mərkəz Tokio Polis İdarəsinin bazasında fəaliyyət göstərəcək. Yeni strukturda 500 müstəntiq və analitik işləyəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
belta.by” saytına istinadən yazır ki, bundan əvvəl virtual məkandakı cinayətlər üzrə ekspertlər polis və başqa təhlükəsizlik xidmətlərinin müxtəlif bölmələrində yerləşirdilər. İndi artmaqda olan belə cinayət halları ilə mübarizəni gücləndirmək məqsədilə onları bir yerə toplamağa dair qərar verilib.
“Kiodo” informasiya agentliyinin məlumatına görə, 2017-ci ildə Yaponiyada kompüter informasiyası üzrə 3 milyondan çox oğurluq halı qeydə alınıb.
Emil Hüseynov