Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dərmanın təsirindən rəngini dəyişən ürək çipi icad edilib


Çin alimləri dərmanın effektivliyindən asılı olaraq rəngini dəyişən ürək çipi yaradıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, çip insan bədənindən kənarda ürək əzələ toxumasının döyünmə və azalmasını imitasiya edir.
 
Məlumata görə, alimlər buqələmunu müşahidə etdikdən sonra xüsusi optik struktura malik geldən istifadə etmək qərarına gələrək onu hüceyrə mikroçipi üzərinə hopdurublar. Ürək əzələ hüceyrələri genişlənməyə və yığılmaya başlayan zaman gel buna uyğun olaraq öz rəngini dəyişir. Dərmanların tətbiqindən sonra tədqiqatçılar çipin rənginə nəzər salmaqla nəbzin dəyişməsi və preparatın effektivliyi barədə fikir yürüdə bilərlər.
 
Gələcəkdə texnologiya bu və ya digər dərmanların müalicəvi təsirinin tədqiqi zamanı canlı orqanizmlər üzərində təcrübələrin aparılmasını əvəz edə bilər.
 
Nizam Nuriyev






03/04/18    Çap et