“Google” şirkəti “Android” mobil əməliyyat sistemində 300-dən çox boşluğu aradan qaldırıb
“Google” şirkəti tərəfindən “Android” mobil əməliyyat sistemi üçün buraxılmış yeniləmədə ümumilikdə 312 boşluq düzəldilib. Kritik təhlükəli kimi qiymətləndirilmiş 9 boşluq hakerə məsafədən istənilən kodu icra etməyə imkan verir. Bu halda 287 problem yüksək təhlükə dərəcəsinə malik kimi qiymətləndirilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
securitylab.ru” saytına istinadən yazır ki, “Android runtime” komponentində hakerin sistemdə imtiyazını artırmasına imkan verən 1 boşluq (CVE - 2017-13274) düzəldilib.
Həmçinin freymvörkdə zərərli proqramlara əməliyyat sisteminin müdafiə həllərini keçməyə imkan verən 1 problem (CVE - 2017-13275) aradan qaldırılıb.
Ən çox boşluq “Qualcomm”un müxtəlif komponentlərində aradan qaldırılıb. Ümumilikdə müxtəlif təhlükə dərəcəsinə malik 289 boşluq düzəldilib.
Emil Hüseynov