Messencer yazışmalarını oğurlayan virus aşkarlanıb
"Trustlook Labs" şirkətinin tədqiqatçıları "Android" əməliyyat sistemi üçün bütün məşhur məlumat mübadilə servislərindən yazışmaları oğurlayan virus aşkarlayıblar. Bu barədə şirkətin bloqunda deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "
Life" resursuna istinadən yazır ki, məlum olub ki, virus sistemə kodu analiz etməyə imkan verməməklə antivirus mühafizəsini dəf edə bilir.
Məlumata görə, zərərli proqram təminatı "Telegram", "Viber", "Messenger", "Skype", "Facebook", "Line" və digər messencerlərin mobil abunəçilərinin məlumatlarını öyrənir. Ekspertlər bildirir ki, virus alqoritmi elə qurulub ki, məlumatları avtomatik məsafəli serverə göndərmək mümkün olsun: ələ keçirilən məlumatlar şantaj və pul əldə etmək üçün istifadə olunur.
Kibertəhlükəsizlik üzrə mütəxəssislər tərəfindən zərərli proqram təminatı Çinin "Cloud Module" mobil əlavəsində aşkarlanıb. Troyanın olduğu paket "com.android.boxa" adlanıb. Onun "Android" sistemi üçün kənar əlavələr mağazası və cinayətkarlar tərəfindən dərc edilən linklər vasitəsilə yayıldığı ehtimal olunur.
Nizam Nuriyev