Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mozilla” layihəsi virtual reallıq üçün brauzer təqdim edib


"Firefox" brauzerinin tərtibatçıları virtual və artırılmış reallıq eynəklərinin sahibləri üçün nəzərdə tutulmuş "Firefox Reality" layihəsini təqdim ediblər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, "Firefox Reality" brauzeri adi "Firefox" brauzerinə çox oxşardır, amma ondan fərqli olaraq, "Servo" eksperimental mühərrikindən istifadə edir. Bu mühərrikin özəlliyi əsas əməliyyatların çoxlu ayrıca axınlara bölünməsindən ibarətdir – bu metod çoxnüvəli mobil sistemlərdə istifadə üçün müvafiqdir.
 
Adi "Firefox" kimi virtual və artırılmış reallıq qurğuları üçün nəzərdə tutulmuş brauzer açıq mənbə koduna ("GitHub" resursunda dərc edilib) malikdir. Beləliklə, istehsalçılar brauzerin müxtəlif eynəklər ("Oculus Go", "Google Daydream", "Vive Focus", "GearVR" və başqaları) üçün versiyalarını hazırlaya bilərlər.
 
"Vive Focus" şlemində proqramdan istifadəni göstərən kiçik çarx sayəsində yeni brauzer haqda ümumi təsəvvür əldə etmək olar. Çarxdan məlum olur ki, brauzerin interfeysi ümumilikdə ənənəvi brauzerdən fərqlənmir, veb-sörfinq üçün isə VR kontrollerdən istifadə olunur.
 
 
Emil Hüseynov







04/04/18    Çap et