“Facebook” kənar proqramların istifadəçilərin informasiyasına girişini məhdudlaşdıracaq
“Facebook” kənar proqramların istifadəçilərin informasiyasına girişini məhdudlaşdıracaq.
“ICTnews” Elektron Xəbər Xidməti “
belta.by” saytına istinadən yazır ki, şirkətin əməkdaşları bildiriblər ki, yeni qaydalar artıq tətbiq olunub. İndi kənar proqramların qonaqlar siyahısına və ya qrupdakı postlara girişinə imkan verilmir. Bu informasiyaya giriş əldə etmək üçün proqramlar “Facebook” tərəfindən təsdiq edilməlidir. Bunun üçün isə qoyulmuş ciddi tələblərlə razılaşmaq və onları yerinə yetirmək lazımdır.
Bundan başqa, “Facebook” proqramların istifadəçilərin fərdi informasiyasına giriş əldə etməsi üçün sorğu göndərməsinə artıq imkan verməyəcək.
Emil Hüseynov