“Panasonic Eluga Ray 550” smartfonu təqdim olunub
Yaponiyanın “Panasonic” şirkəti tərəflərinin nisbəti 18:9 təşkil edən ekrana malik ilk “Eluga Ray 550” smartfon modelini təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
3DNews” resursuna istinadən yazır ki, yeni smartfon 1,3 QHs takt tezlikli dördnüvəli “MediaTek MT6737H” prosessoru və “Android 7.0 Nougat” əməliyyat sistemi əsasında işləyir. Çipdə quraşdırılmış “Mali-T720” qrafik sürətləndiricisi yerləşdirilib.
Məlumata görə, operativ və quraşdırılmış yaddaşın həcmi müvafiq olaraq 3 və 32 giqabayt təşkil edir. Quraşdırılmış yaddaşı tutumu 128 giqabayta bərabər çıxarılabilən “microSD” yaddaş kartları ilə genişləndirmək mümkündür.
Qurğu iki – 13 meqapikselli əsas və 8 meqapikselli ön kamera ilə təchiz edilib. Hər iki kamera işıq diodlu işıqlandırıcıya malikdir.
5,7 düym diaqonallı ekran 1440 × 720 piksel (HD+) təsvir ölçüsü ilə xarakterizə edilir və kənarları əyri (2.5D effekti) qoruyucu şüşəyə malikdir. Akkumulyator batareyasının tutumu 3250 milliamper/saata bərabərdir.
Qurğunun qabaritləri 152,5 × 73,3 × 8,5 mm, çəkisi 152 qram təşkil edir. Arxa tərəfdə barmaq izi skaneri, SİM kartlar üçün iki çıxış və “4G VoLTE”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.1”, “GPS” və “GLONASS” simsiz rabitə modelləri quraşdırılıb.
“Panasonic Eluga Ray 550” modeli metal korpusda olmaqla qara, mavi və qızılı rəngdə buraxılacaq. Qiyməti 140 dollar təşkil edəcək smartfonun aprelin 5-dən etibarən satışa çıxarılması nəzərdə tutulur.
Nizam Nuriyev