Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “iPhone” smartfonunu jestlərin köməyi ilə idarə edən sistem hazırlayır


“Apple” şirkəti yeni nəsil “iPhone” modellərinin sahiblərinə ekrana toxunuş etmədən jestlərin köməyi ilə smartfonları idarə etməyə imkan verən texnologiya üzərində işləyir. Həmçinin şirkət öz smartfonları üçün bükük ekranlar hazırlayır. Bu haqda şirkətin planları ilə tanış mənbələrə istinadən “Bloomberg” nəşri yazıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, məlumata görə, jestlərin köməyi ilə smartfonu idarəetmə sistemi ən tez halda 2 il sonra hazır olacaq. Növbəti nəsil “iPhone” modelləri üçün bükük ekrana gəldikdə isə söhbət yan tərəflər üzrə deyil, yuxarıdan aşağıya doğru əyiləcək displeylərdən gedir. “Apple” şirkəti belə smartfonları 2-3 il sonra təqdim edə bilər.

Mənbələr bildirirlər ki, hazırda hər iki həll erkən hazırlanma mərhələsindədir və ABŞ şirkətinin onların sonrakı inkişafından imtina edəcəyi istisna deyil. “Apple”in rəsmi nümayəndəsi bu məlumata münasibət bildirməyib.

Emil Hüseynov






05/04/18    Çap et