Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Süni intellekt üzrə ekspertlər bəşəriyyəti məhv edəcək robotların yaradılması əleyhinədirlər


Süni intellekt və robot texnikası sahəsində fəaliyyət göstərən 50-dən çox məşhur tədqiqatçı Koreya Qabaqcıl Texnologiyalar İnstitutundan (KAIST) olan həmkarlarını Cənubi Koreya alimlərinin hərbi sistemlər üçün süni intellekt texnologiyalarının yaradılması üzrə layihədə iştirakla əlaqədar boykot ediblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, BMT-nin himayəsi ilə keçirilməsi növbəti həftəyə nəzərdə tutulan “robot qatillər”in yaradılmasına beynəlxalq məhdudiyyətlərin tətbiqi ilə bağlı müzakirələr ərəfəsində boykotun elan edilməsinə səbəb kimi institutun fevralda Cənubi Koreyanın hərbi texnologiyalarla məşğul olan “Hanwha Systems” şirkəti ilə birgə tədqiqat mərkəzinin yaradılması barədə məlumatı qeyd edilir. Layihə çərçivəsində tərəfdaşlar tərəfindən silah üçün hədəfləri insan iştirakı olmadan məhv etməyə imkan verəcək süni intellekt texnologiyalarının hazırlanması planlaşdırılır.  
 
“KAIST”-in boykot edilməsinin təşəbbüskarı qismində Avstraliyanın Yeni Cənubi Uels Universitetinin professoru Tobi Uolş çıxış edib. Onun sözlərinə görə, avtonom silahların yaradılması üzrə yarış artıq başlayıb, hazırda belə sistemlərin prototiplərini isə bir sıra ölkələr, o cümlədən ABŞ, Çin, Rusiya və Böyük Britaniya hazırlayır. Bununla yanaşı, institutun fəaliyyəti bu yarışmanın sürətləndirilməsinə xidmət edir. “KAIST” ilə əlaqələrin və elmi əməkdaşlığın qadağan edilməsini nəzərdə tutan boykotu bir sıra məşhur süni intellekt tədqiqatçısı dəstəkləyib. Boykot institut nümayəndələri cəmiyyəti onların iştirakı ilə hazırlanan silahların “tam insan nəzarəti” altında olmasına əmin etdikdən sonra dayandırıla bilər.
 
Lakin “KAIST” prezidenti Sunq-Çxol institutun avtonom silahların hazırlanması ilə məşğul olmasını təkzib edib.
 
Nizam Nuriyev






06/04/18    Çap et