Dünyada kommersiya tipli çatdırılma üçün ən sürətli dron təqdim edilib
Bir neçə il bundan əvvəl “Zipline” Ruandada ucqar tibbi mərkəzlərə qan və dərmanların dronlar vasitəsilə çatdırılması üçün milli dron sistemi yaratmışdı. İndi isə şirkət kommersiya tipli çatdırılma üçün dünyada saatda 128 kilometrədək sürətlə hərəkət edən ən sürətli dronunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
hi-news.ru” saytına istinadən yazır ki, “Zipline” ümid edir ki, onun daha sürətli və istismarı asan olacaq yeni uçan aparatı rəqibləri ilə müqayisədə pilotsuz uçan aparatlar bazarının böyük hissəsini ələ keçirməyə kömək edəcək. Məsələn, “Amazon” şirkəti Böyük Britaniyada “Prime Air” dronları vasitəsilə çatdırılma xidmətini sınaqdan keçirir, “Alhabet X” məxfi laboratoriyasının bir hissəsi olan “Project Wing” isə əczaçılıq preparatlarının çatdırılması üçün dronlardan istifadə edir.
“Zipline” şirkəti Ruandada böyük təcrübə toplayıb. Şirkətin pilotsuz uçan aparatları artıq 4000 reys üzrə 300 mindən çox kilometr məsafə qət edib. Şirkət, həmçinin Tanzaniyada müvafiq əməliyyata başlayıb.
Emil Hüseynov