Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” messencerində səsli mesajlar üçün yeni funksiyalar təqdim ediləcək


“Wabetainfo” saytı “WhatsApp” messencerinin “Android” mobil əməliyyat sistemi üçün beta versiyasında yeni funksiyalar haqda məlumat verib. Messencerin 2.18.71 versiyasına səsli mesajlarla bağlı iki yeni funksiya əlavə edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, indi uzun səsli mesajların yazılması vaxtı istifadəçi barmağını düymənin üzərinə sıxıb saxlamalı olmayacaq, barmağı sadəcə olaraq yuxarı “scroll” etməklə səsli mesaj yazmaq mümkün olacaq. Lakin səs yazısını istifadəçi özü dayandırmalı olacaq.
 
Digər bir yeni funksiya odur ki, indi səsli mesajı göndərməzdən öncə onu dinləmək və yalnız bundan sonra paylaşmaq mümkündür.

Həmçinin stikerlərin həcminin göstərilməsi kimi kiçik bir yenilik edilib. Bu isə daxili yaddaşı az olan smartfonlar üçün əlverişli olacaq.
 
Emil Hüseynov






06/04/18    Çap et