Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın kompüter zavodunun aylıq istehsal gücü 3 min ədədə çatır


Azərbaycanın kompüter istehsalı zavodu KÜR-ün aylıq istehsal gücü 3 min ədədə çatır. Bunu KÜR kompüter avadanlıqları istehsalı zavodunun baş direktoru Rizvan Osmanov deyib.

Onun sözlərinə görə, bu rəqəm dinamik şəkildə dəyişir və mövsümdən asılı olaraq dəyişə bilər. KÜR-ün planlarına ilin sonuna qədər zavodda istehsal olunan kompüter avadanlıqlarının xidmət mərkəzlərinin artırılması gözlənilir.

"Azərbaycanın İT bazarı müsbət artim tempi nümayiş etdirir. Bunun nəticəsində hazırda gənclərin 90 faizinin kompüteri var", - Osmanov deyib.

KÜR rəhbəri "Xalq kompüteri" layihəsini misal çəkib. O qeyd edib ki, bu layihə çərçivəsində avadanlıqların satışı üzrə müsbət artım tempi var. Onun fikrincə, bu da KÜR məhsullarının satışına müsbət təsir göstərir.

Hazırda "Xalq kompüteri" layihəsi çərşivəsində KÜR-ün ADSL modemləri təqdim edilir. KÜR-ün "Xalq kompüteri" layihəsində kompüter avadanlıqlarının tədarükçüsü qismində mümkün iştirakı məsələsini şərh edən Osmanov deyib ki, bu layihə əsasən portativ qurğuların satışına yönəlib. Bu amil isə KÜR-ün strategiyasına uyğun deyil. KÜR-ün strategiyası əsasən, zavod stolüstü sistemlərin istehsalına istiqamətlənib. "Satış həcmini bazar təklifi diktə edir.

"Xalq kompüteri" layihəsinə tələbat isə portativ qurğulara istiqamətlənib. Bununla əlaqədar olaraq, bizim bu layihəyə qoşulmağımız gözlənilmir. Bununla belə, mən KÜR-ün portativ kompüterlər bazarına çıxış imkanını istisna etmirəm. Bu addım hərtərəfli düşünülməlidir.

Belə ki, noutbuk sahəsində ciddi rəqabət və iri dünya venderlərinin kifayət qədər güclü mövqeləri var. Onlarla mübarizə aparmaq olduqca çətindir", - Osmanov deyib.




21/10/11    Çap et