Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Eurovision 2012"-nin Təşkilat Komitəsi Bakıda internet-köşklər şəbəkəsinin yerləşdirilməsinə müsbət cavab verib
"Eurovision 2012"-nin Təşkilat Komitəsi Bakıda internet-köşklər şəbəkəsinin yerləşdirilməsinə müsbət cavab verib. Bu barədə "KÜR" kompüter texnikası istehsalı zavodunun baş direktoru Rizvan Osmanov deyib.
Osmanovun sözlərinə görə, qərara əsasən, müəssisə artıq bu ayın sonuna seriyalı istehsala buraxılacaq qurğunun prototipini TK-ya təqdim edəcək.
"Qurğu paytaxtın ictimai yerlərində, biznes-mərkəzlərdə, vağzalların, aeroportların gözləmə zallarında və avtobus dayanacaqlarında quraşdırılacaq.
Onların yerləşdiriləcəyi nöqtələrin sayının çoxluğu nəzərə alınaraq, onların sayının həddən artıq çox olacağını söyləmək olar", - Osmanov deyib. Bu, turistlərə internet şəbəkəsinə hər yerdə çıxış imkanı əldə etməyə imkan verəcək.
İnformasiya köşklərində istənilən soraq-məlumat bazaları, elektron bələdçilər, xəritələr, qatarların sxemləri, nəqliyyatın cədvəli, kommersiya reklamlarının yerləşdirilməsi və bir çox digərlərini quraşdırmaq olar.
İnternet-köşklər şəbəkəsinin yerləşdirilməsində Wi-Fi şəbəkəsindən istifadə edilməsi nəzərdə tutulur. Yüksəksürətli internet xəttinə qoşulmuş muxtar qurğular bütün arzu edənləri sürətli rabitə ilə təmin edəcək.
Belə terminala məlumatların daxil edilməsi bilavasitə sensor monitorlar vasitəsilə həyata keçirilir. Bunun üçün ekrana virtual klaviatura çıxarılır və ya ayrı qurğunun - klaviaturanın köməyindən istifadə edilir.
21/10/11 Çap et