Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dronların aşağı hündürlükdə uçuşları üçün təhlükəsizlik qaydaları hazırlanacaq


Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) pilotsuz uçan aparatların aşağı hündürlükdə təhlükəsiz uçuşlarının həyata keçirilməsi üçün ümumi qaydalar hazırlayacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, təşkilatın məlumatında deyilir: “Dronlardan kütləvi istifadə yaxın vaxtlarda reallığa çevriləcək və onlardan istifadənin təhlükəsiz və effektiv olması üçün “ICAO” milli pilotsuz aviasiya sistemlərinin aşağı hündürlükdə hava hərəkətinin təşkili üzrə təlimat materialının hazırlanması üçün lazım olan məsləhətləşmələrə başlayıb”.
 
Məlumata görə, 2018-ci ilin sentyabrında Çinin Çendu şəhərində təşkilatın himayəsi altında konfransın təşkili gözlənilir. “Konfransda əsas diqqət ekspert və ixtiraçılarla birlikdə pilotsuz aviasiya sistemlərinin aşağı hündürlüklərinin inkişafının qlobal koordinasiyasını təmin etmək və hava hərəkətinin təşkili sisteminin mövcud standart hava hərəkəti sistemlərinə təhlükəsiz inteqrasiyası üçün yeni həllərin öyrənilməsinə yetiriləcək”, - “ICAO” nümayəndələri bildirib.
 
Nizam Nuriyev






10/04/18    Çap et