Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Türkiyəli voleybolçu “Rabitə” komandasından ayrılmışdır
Türkiyəli voleybolçu Bakının “Rabitə” komandasından ayrılmışdır. Klubdan verilən məlumata görə, “Rabitə” ilə Dohada keçirilən dünya çempionatında qızıl medallara sahib olan Türkiyə millisinin sabiq voleybolçusu Pelin Çelik Azərbaycandan gedəcək.
Buna səbəb onun paytaxt klubu ilə razılaşmasının başa çatmasıdır. Belə ki, avqustda “Rabitə” ilə 2 aylıq anlaşan voleybolçunun müqaviləsi yekunlaşıb. Qeyd edək ki, P.Çelik Ankaraya azad agent kimi gedəcək və onun yenidən Azərbaycanın digər klublarında forma geyinməsi mümkündür.
21/10/11 Çap et