Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Android P” proqram təminatı informasiya sızmasından qoruyacaq


“Google” şirkəti yeni proqram təminatı təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, smartfon və digər qurğular üçün nəzərdə tutulan “Android P” proqram təminatı istifadəçiyə informasiya məlumatlarının oğurlanmasının və dəyişdirilməsinin qarşısını almağa kömək edəcək.
 
Məlumata görə, “Transport Layer Security” təhlükəsizlik protokolunun işi ilə sinxronlaşan sistem hakerlər tərəfindən istifadəçi məlumatları bazasına müdaxilənin qarşısını alacaq.
 
İnformasiya istifadəçilər arasında onlayn məlumat mübadiləsi həyata keçiriləndə də mühafizəli olacaq. Hazırda proqram təminatı “HTTPS” protokolu ilə sinxronlaşdırılıb. Yeni “Android P” proqramı rəsmən istifadəyə verildikdən sonra bütün qurğu istifadəçiləri digər təhlükəsizlik protokolu növünə keçməli olacaqlar. Əks halda, bütün “Google” əlavələrinin işi dayandırılacaq və onlardan istifadə qeyri-mümkün olacaq.
 
Nizam Nuriyev






13/04/18    Çap et