“Gmail” elektron poçt xidmətində "avtomatik silinən" məktublar əlçatan olacaq
“Gmail” elektron poçt xidmətinin yeni veb-versiyasında istifadəçilər müəyyən müddətdən sonra özü silinən məktublar göndərmək imkanına malik olacaqlar. Oxşar funksiya bəzi başqa poçt xidmətlərində (məsələn, “ProtonMail”) də mövcuddur.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.vesti.ru” saytına istinadən yazır ki, məktubu göndərən taymeri həftə, ay və ya hətta bir neçə il üzrə təyin edə bilər. Həmçinin elektron məktubu parol və ya SMS mesaj üzrə pin-kodla qorumaq mümkün olacaq.
ABŞ şirkətinin mühəndisləri 9 may tarixində Mauntin-Vyuda start götürəcək “Google I/O” konfransında bu haqda daha ətraflı məlumat verəcəklər.
Emil Hüseynov