Kibertəhdid və fırıldaqçılığın aşkarlanması üçün servis təqdim olunub
İdentifikasiya məlumatlarının idarə olunması üzrə həllər istehsalçısı - “HID Global” şirkəti kibertəhdid və fırıldaqçılığın aşkarlanması üçün yeni “HID Risk Management Solution” həllini təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
DailyComm” resursuna istinadən yazır ki, texnologiyanın əsasını identifikasiya və istifadə üçün süni intellekt və kompüter təlimi alqoritmləri təşkil edərək xüsusilə maliyyə təşkilatlarına qarşı yönələn kiberhücumların sayının azalmasına xidmət edir. Sistem real vaxt rejimində bankların, internet mağazaları və xidmət tədarükçülərinin “sıfır günü” zərərli proqramlarından, hesabların ələ keçirilməsindən, fişinq hücumları və botlardan mühafizəsi üçün məlumat analitikasını tətbiq edir.
Məlumata görə, “HID Risk Management Solution” risklərin qiymətləndirilməsinə əsaslanan üç müxtəlif tam inteqrasiya olunmuş mexanizmdən ibarətdir: təhlükənin qiymətləndirilməsi mexanizmi, davranış mexanizmi və anomaliyalar mexanizmi.
Üç mexanizm vasitəsilə müəyyənləşdirilən risk dərəcəsi barədə məlumat növbəti hərəkətlər haqqında daha əsaslı qərarların qəbuluna imkan verir: tranzaksiyanı təsdiq etmək, bloklamaq və ya rədd etmək. “HID Global” şirkətinin “Identity & Access Management” (IAM) həllində məlumatlar analitikası müştərilər üçün fəaliyyəti optimallaşdırır.
Yeni həll istifadəçi identifikatorlarının, tranzaksiyaların, qurğu və hesab məlumatlarının mühafizəsi üçün çoxfaktorlu autentifikasiyanı təmin edən “HID ActivID Authentication Platform” platformasına inteqrasiya olunub.
Nizam Nuriyev