Minlərlə “Android” proqram uşaqların onlayn aktivliyini icazəsiz izləyir
“Google Play” mağazasında uşaqların onlayn aktivliyini izləyən 3300-dən çox proqram yerləşdirilib. “PET Symposium”un tədqiqatçılar komandası aydınlaşdırıb ki, izləmə valideynlərdən xəbərsiz həyata keçirilir ki, bu da ABŞ-ın qanunlarına ziddir.
“ICTnews” Elektron Xəbər Xidməti “
vesti.ru” saytına istinadən yazır ki, “Designed for Families” proqramı çərçivəsində “Google Play” mağazasında yerləşdirilmiş 5855 “Android” proqram araşdırılıb.
Məlum olub ki, mobil proqramların 28%-i "Android sazlamaları ilə qorunan məxfi məlumatlara giriş üçün sorğu edib", 73%-i isə "məxfi məlumatları internet üzərindən ötürüb". Bu haqda hesabata istinadən “Engadget” nəşri yazıb. 256 mobil proqram geolokasiya məlumatları, 107-si qurğu sahiblərinin elektron poçt ünvanlarını, 10-u isə telefon nömrələrini toplayıb.
Bundan başqa, 1100 proqram daimi identifikatorları (hədəflənmiş reklamın yaradılmasında istifadə olunur), 2281-i isə “Android”in reklam identifikatorlarını ötürür ki, bu da internetdə uşaqların fərdi məlumatlarının müdafiəsi haqda qanunla (COPPA) qadağandır.
Emil Hüseynov