Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nasdaq” fond birjasının kompyuter sistemini “sındıran” hakerlər şirkətlərin direktorlarını izləyirmişlər


Keçən il “Nasdaq” fond birjasının kompyuter sisteminə daxil olmağı bacaran hakerlər sistemə zərərverici kod quraşdrıblar. Məhz bu kod vasitəsi ilə onlar şirkətlərin direktorlarını izləyə bilirmişlər.

"Onların əslində nə etdiklərini Allah bilir. Belə hücumun uzunmüddətli effekti hələ naməlumdur" – kibertəhlükəsizlik üzrə tanınmış mütəxəssis Tom Kellerman qeyd edib.

Hakerlərin “Nasdaq” kompyuter sisteminə nə qədər müddət girişə malik olduqları əvvəlki kimi təyin edilməyib. Bu hadisənin araşdırılması davam edir.




21/10/11    Çap et