Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IDC”: “Dünya İKT bazarının həcmi 5,6 trilyon dollaradək artacaq”


“IDC” analitik şirkəti yeni texnologiyaları nəzərə almaqla 2021-ci ildə dünyada informasiya-kommunikasiya texnologiyaları məhsul və xidmətlərinin satış həcminin 5,6 trilyon dolları ötəcəyini proqnozlaşdırır. Bunun 23 faizi yeni “üçüncü platforma” texnologiyalarının, o cümlədən “Əşyalar interneti” sistemləri, robot və dronlar, əlavə və virtual reallıq kaskaları və üçölçülü printerlərin payına düşəcək.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, ümumilikdə “üçüncü platforma” texnologiyalarına (“bulud” və mobil texnologiyalar, iritutumlu məlumatların emalı və analitika, eləcə də sosial texnologiyalar) investisiyalar dünya İKT bazarının 70 faizini təşkil edəcək.
 
Daha təkmil “bulud” infrastrukturu və proqram təminatı sayəsində inkişaf etmiş iqtisadiyyatlar iritutumlu məlumatların, koqnitiv texnologiyalar və “bulud” əlavələrinin emalı və analizinə əsaslanan texnologiyaların tətbiqində liderlik edirlər. Lakin sənaye tətbiqli texnologiyalar – “Əşyalar interneti”, robot texnikası inkişaf etməkdə olan iqtisadiyyatlarda aktiv tətbiq olunur. 2017-ci ildə Çinin dünya “Əşyalar interneti” texnologiyalarının satış həcmində payı 28 faiz, robot texnikasına investisiyalarda 29 faiz təşkil edib. Bu texnologiyalar Yaponiyada və bir sıra digər Asiya ölkələrində də aktiv tətbiq edilir.
 
Analitiklər, həmçinin üçölçülü çapdan Çin və Almaniyada geniş istifadəyə başlanıldığını qeyd edirlər.
 
Nizam Nuriyev






17/04/18    Çap et