Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti “uTorrent” torrent kliyentinin işini bloklayıb


"Windows Defender" antivirusu "uTorrent" torrent kliyentini virus kimi müəyyənləşdirərək onun işini bloklayıb.
 
Hələ 2017-ci ilin fevralında "Microsoft"un saytında "uTorrent" kliyenti ilə bağlı açılmış ayrıca səhifədə qeyd edilir ki, sözügedən proqram "pis reputasiya"ya malikdir, həmçinin sistemin işini ləngidə bilər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, indi antivirus "uTorrent" kliyentini başlanğıc ayar kimi karantinə yerləşdirir və onun işini dayandırır. "ESET", "Sophos", "TrendMicro" və başqa şirkətlərin antivirusları da proqramı virus kimi müəyyən edirlər. Eyni zamanda istifadəçilər özləri torrent-kliyenti  istisnalar siyahısına əlavə edə bilərlər.
 
"uTorrent" torrent kliyentini hazırlayan "BitTorrent Inc." şirkətinin nümayəndəsi məlumat verib ki, "Defender" antivirusunun işindəki belə dəyişiklik "Windows"un son quraşdırmalarından birindəki səhvlə əlaqədardır. Şirkətin rəsmisi izah edib ki, yalnız "uTorrent" kliyentinin versiyalarından biri virus kimi müəyyən edilib. Proqramçılar həmin versiyanı sadəcə saytdan siliblər.
 
Emil Hüseynov






17/04/18    Çap et