Yeni tip kompüter yaddaşı hazırlanıb
Çinin Şanxay Fudan Universitetinin alimləri özündə operativ və quraşdırılmış yaddaş xüsusiyyətlərini birləşdirən yeni məlumat saxlama texnologiyası hazırlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “
Naukatv” resursuna istinadən yazır ki, quraşdırılmış yaddaş kompüter və smartfonların yüklənməsinə, operativ yaddaş isə kompüterdə proqramların işə salınmasına imkan verir. Yeni – üçüncü tip kompüter yaddaşı isə bu funksiyanın hər ikisini yerinə yetirir.
Ekspertlər qeyd edir ki, üçüncü tip yaddaş həm operativ yaddaşın, həm də quraşdırılmış yaddaşın mükəmməl olmaması ilə əlaqədar hazırlanıb. Qurğunun bütün sistemləri operativ yaddaşda saxlanılan məlumatlara tez çıxış əldə edə bilir, lakin qurğu söndürülən zaman məlumatların hamısı yoxa çıxır, gözlənilməz sönmə isə yaddaşa verilməyən məlumatların tam silinməsinə səbəb ola bilər.
Çin tədqiqatçılarının sözlərinə görə, yeni tip kompüter yaddaşı bütün məlumatları saxlamaqla yanaşı, istifadəçiyə onların saxlanma müddəti ilə bağlı qərar qəbul etməyə imkan verir. Bu funksiya informasiyanın təhlükəsizlik dərəcəsini artırır və yeni yaddaş növünü bazarda güclü rəqibə çevirir.
Nizam Nuriyev