Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planşetlər ilk dəfə olaraq tədarük həcminə görə netbukları ötüblər


2011-ci ilin ikinci rübündə multimedia planşetləri ilk dəfə olaraq tədarük həcminə görə netbukları ötüblər. 13.6 milyon planşet və 7.3 milyon netbuk satılıb.

“ABİ Reserach” analitikləri hesablayıblar ki, 1 rüb əvvəl vəziyyət mini-noutbukların xeyrinə idi: cari ilin birinci rübündə 8,4 milyon netbuk və 6,4 milyon planşet istehsal edilib.

Analitiklər planşetlərin uğurunu bu qurğuların istifadədə daha sadə olması ilə izah edirlər. Lakin hər kəs planşet ala bilmir, belə ki onun dəyəri təxminən 600 dollara bərabərdir. Bununla belə netbukun orta qiyməti təxminən 300 dollar təşkil edir,- “ABİ Reserach”-in direktoru Ceff Orr qeyd edib.




21/10/11    Çap et