Elektron məktubların yazılma üslubunun analizi üçün ilk süni intellekt həlli təqdim edilib
İnformasiya təhlükəsizliyinin təmini üçün proqram təminatı istehsalçısı – “Trend Micro” şirkəti elektron poçt vasitəsilə fırıldaqçılığın qarşısının alınması məqsədilə mətnin üslubunun analizi üçün süni intellektdən istifadə edən ilk həll təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Servernews” resursuna istinadən yazır ki, bir neçə “Trend Micro” məhsuluna inteqrasiya ediləcək “Trend Micro Writing Style DNA” adlı sistem guya istifadəçilərə məlum insanların adından (məsələn, şirkət rəhbərləri, müştəri və ya tərəfdaşlar) yazılan saxta elektron məktubların alınması barədə xəbərdarlıq edəcək.
Texnologiya sosial mühəndislik texnikalarına əsaslanan məqsədli “Business E-mail Compromises” hücumlarından mühafizənin təmin edilməsi üçün nəzərdə tutulub. Hakerlər onun vasitəsilə insanları öz hesablarına pul köçürməyə məcbur edirlər. Burada həm zərərli proqram, həm də poçt faylları mövcud deyil. Fırıldaqçı proqram hücumlarından fərqli olaraq zərərçəkmiş istifadəçilərin məlumatları oğurlanmır. Hər şey yalan və manipulyasiya üzərində qurulub.
“Trend Micro Writing Style DNA” süni intellektdən istifadə edərək mətnin yazılma üslubunu 7 mindən çox xüsusiyyət əsasında analiz edir. Proqram hər şübhəli elektron poçt məktubunu təlim görmüş süni intellekt modeli ilə müqayisə edir və təhlükə aşkarlanan zaman məktubu alan şəxsə və İT şöbələrinə müvafiq bildiriş göndərir.
Nizam Nuriyev