Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İlk “Hibrid” planşeti 2012-ci ilin əvvəlində satışa çıxarılacaq
“ASUS” şirkəti İdarə heyətinin sədri Conni Şi “AsiaD” konfransında bildirib ki, “PadFone” planşet kompyuterini 2012-ci ilin ilk rübündə almaq mümkün olacaq. Yenilik faktiki olaraq, 2 qurğudan ibarətdir: korpusun arxa tərəfində xüsusi yer var, ora smartfon yerləşdirilir. Bu halda planşet smartfon ortağı üçün dok stansiya rolunda çıxış edir.
“PadFone” planşet kompyuterinin xüsusiyyətləri haqqında hələlik məlumat azdır. Yalnız smartfonun sensor ekranının diaqonalının 4,3 düym və planşet ekranının isə 10 düym təşkil edəcəyi bildirilib.
Proqram platforması kimi “Android İce Cream Sandwich (4.0)” əməliyyat sistemi istifadə ediləcək. Yeniliyin qiyməti haqqında informasiya hələlik yoxdur.
21/10/11 Çap et