Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Western Dijital” sərt disk satışlarına görə yenidən “Seagate” şirkətini ötüb


“Seagate” və “Western Digital” şirkətləri cari maliyyə ilinin birinci rübündəki işlərə yekun vurublar. “Seagate” şirkəti hesabat dövrünə əsasən 2,8 milyard dollar qazanc əldə edib. Şirkətin xalis gəliri 140 milyon dollar təşkil edib. 1 il əvvəl bu göstəricilər 2,7 milyard və 149 milyon dollara bərabər olub.

“Western Digital” şirkətinin mədaxili 1 il ərzində 2,4 milyard dollardan 2,7 milyard dollara kimi artıb. Xalis mənfəət isə 197 milyondan 239 milyon dollara qədər artıb.




21/10/11    Çap et