“LG V30” smartfonuna süni intellekt inteqrasiya edilib
“ThinQ” adlı proqram təminatı kameranın kadrında olan obyekti tanıyaraq çəkiliş üçün uyğun gələn rejimi seçəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
life.ru” saytına istinadən yazır ki, “LG V30” aparatı mart ayında təhlükəsizlik yeniləməsi ilə yanaşı, süni intellekt əsasında işləyən “ThinQ” adlı proqram təminatı əldə edib. Bu haqda “Droid-Life” nəşri yazır.
“ThinQ” proqram təminatı ilk dəfə “MWC” sərgisində “LG V30S” smartfonu üçün təqdim edilmişdi.
“Droid-Life” nəşri yazır ki, bu yeniləmə yalnız ABŞ-ın “Verizon” operatorunun mağazalarından satın alınmış smartfonlar üçün əlçatandır.
Emil Hüseynov