Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy Note7” smartfonu “Wi-Fi Alliance” sertifikatını alıb


"Wi-Fi Alliance" konsorsiumunun məlumat bazasında "Samsung Galaxy Note7" smartfonunun sertifikatlaşdırılması ilə bağlı məlumat yerləşdirilib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, məlum olduğu kimi, akkumulyatorda səhvə görə "Samsung Galaxy Note7" modelinin qızma və alışmaya meyilli olması nəticəsində istehsalçı satışı dayandıraraq bütün satılmış qurğuları geri çağırmağa məcbur olub.
 
O vaxtdan çox vaxt keçməsinə baxmayaraq qurğunu yenidən sertifikatlaşdırmaq lazım gəlib. Bunu təşkilatın məlumat bazasında "Android 8.0 Oreo" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "Samsung Galaxy Note FE" modelinin göstərilməsi sübut edir.
 
Xatırladaq ki, "Samsung Galaxy Note FE" və ya "Fan Edition" akkumulyatoru kiçildilmiş "Samsung Galaxy Note7" modelidir. Konsorsiumun qurğunun bütün variantlarının, o cümlədən rəsmi buraxılışı dayandırılan versiyalarının sertifikatlaşdırılmasını tələb etməsi ehtimal olunur.  
 
Qeyd edək ki, "Wi-Fi Alliance" konsorsiumu iri kompüter texnikası və simsiz "Wi-Fi" qurğu istehsalçılarını birləşdirir.
 
Nizam Nuriyev 




24/04/18    Çap et