Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nvidia” şəkillərdəki detalları tamamlamaq üçün süni intellekt texnologiyası hazırlayıb


"Nvidia" şirkəti tərəfindən süni intellekt əsasında hazırlanmış texnologiya şəklin zədələnmiş hissələrini avtomatik bərpa edir və ya onun çatışmayan hissələrini tamamlayır. Neyron şəbəkəsinə əsaslanan alqoritm şəklin kontekstini başa düşür və özü onu dəyişdirir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, "YouTube" videohostinqində dərc edilmiş təqdimat çarxına əsasən, "Nvidia" şirkətinin neyron şəbəkəsi alqoritmi şəkillərdən əlavə obyektləri silmək, portretlərdə sifəti retuşlamaq üçün tətbiq edilə bilər: proqram heç bir iz saxlamadan sürətlə hər iki məsələnin öhdəsindən gəlir.





Emil Hüseynov




24/04/18    Çap et