Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” yeni smartfon təqdim edəcək
Veb mənbələrin bildirdiyinə görə, “Google” şirkəti bu il “Nexus” smartfonunun 3-cü modelini təqdim edəcək.
“Nexus 4G” aparatı LTE texnologiyasından istifadə edən dördüncü nəsil mobil şəbəkələrində işləyə biləcək. Android 4.0 (Ice Cream Sandwich) əməliyyat sistemi onun proqram əsası, aparatın əsası isə 1,2 və ya 1,5 QHz takt tezliyi ilə 2 nüvəli prosessor (Texas instruments OMAP 4460 və ya aşağı voltlu 28 nanometr Qualcomm Snapdragon çipi) olacaq.
Smartfon 1 Qb əməli yaddaş, 1 meqapiksel ön kamera və 5 meqapiksel 1080p formatında yüksək dəqiqlikli video yazma imkanı ilə əsas kameraya malikdir. Bundan başqa, yüksək kəskinliyə malik böyük ölçülü ekran və tamamilə sensor interfeys (menyuya giriş üçün fiziki klavişlər olmayacaq) olacağı gözlənilir. Yeni smartfon noyabrın sonuna ictimaiyyətə təqdim edilə bilər .
17/06/11 Çap et