Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni üçölçülü printer elektronikanı insan dərisinə çap edir


ABŞ-ın Minnesot Universitetinin ekspertləri elektronikanın birbaşa insan dərisinə çapı üçün daşınan və ucuz üçölçülü printerdən istifadə ediblər. Texnologiya hərbçilər tərəfindən döyüş meydanında müvəqqəti kimyəvi silah cihazlarının və ya enerjinin doldurulması üçün günəş batareyalarının çapı məqsədilə istifadə oluna bilər.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, printerin qiyməti 400 dollar təşkil edir. Mütəxəssislərin fikrincə, hərbçi istənilən vaxt printeri çantasından çıxararaq lazımi elektronikanı birbaşa dəriyə (məsələn, əldə) çap edə bilər. Beləliklə, qurğu “gələcək İsveçrə hərbi bıçağı” funksiyalarını yerinə yetirəcək.
 
Məlumata görə, “3D” çap texnologiyasının əsas yeniliklərindən biri ondan ibarətdir ki, printer çap zamanı bədənin qeyri-ixtiyari hərəkətlərinə uyğunlaşır. Müvəqqəti markerlər dəriyə yerləşdirilərək skan edildikdən sonra aparat real vaxt rejimində səthdə hərəkətlərin tənzimlənməsi üçün kompüter görməsindən istifadə edir. Çap üçün xüsusi mürəkkəb gümüşdən düzəldilib və dəri üçün təhlükəsizdir. Çap edilən qurğunu maqqaş vasitəsilə silmək və ya sadəcə su ilə yumaq mümkündür.
 
Yeni 3D” çap texnologiyası, həmçinin canlı hüceyrələr çap edə bilir ki, bu da dəri xəstəliyi olan insanlara kömək edə bilər. Bioloji hüceyrələr artıq tədqiqatçılar tərəfindən siçan  yaralarında uğurla çap edilib. Metodika yaraların sağalması və dəri transplantasiyasının çapı üçün nəzərdə tutulur.
 
Nizam Nuriyev
 
 






27/04/18    Çap et